Türkiyənin iqtidaryönlü "Yeni Akit" qəzetinin baş redaktoru Kadir Dəmirəl İstanbulda kürəkəni ilə ailə münaqişəsi zamanı aldığı bıçaq yarasından dünyasını dəyişib.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilir ki, Dəmirəl, qızı Esma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Qərənfil öz qayınatası və həyat yoldaşını bıçaqlayıb.
Dəmirəl aldığı bıçaq xəsarətindən dünyasını dəyişib, onun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Qatil qaçıb, polis onu axtarışa verib.