Ukraynanın vergi orqanlarında kütləvi həbslər aparıldı

Ukrayna baş prokurorluğu və milli polis 23 vilayətin vergi idarəsinin rəisini həbs edib.

İctimaifikir.az Musavat.com-a  istinadən xəbər verir ki, həbs edilən məmurlar dövlətə 3,7 milyard dollarlıq ziyan vurmaqda ittiham olunurlar. Bütün həbs edilən məmurlar xüsusi helikopterlərlə Kiyevə gətirilib.

Mətbuat bu hadisəni Ukraynanın müasir tarixinin ən böyük anti-korrupsiya əməliyyatı olaraq təsvir edir.

Əməliyyata ölkənin 15 vilayətindən cəlb olunan 1,7 min polis və 500 prokurorluq işçisi cəlb olunub. Onların iştirakı ilə 454 axtarış tədbiri həyata keçirilib.

Bununla bağlı olaraq hərbi prokuror Anatoli Matios jurnalistlərə xüsusi birifinq verib.

Matios həbs edilən məmurların helikopterlərlə Kiyevə gətirlməsini təsdiqləyib və onlar haqqında Kiyevin Peçerski rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirini seçildiyini bildirib.

Matios şəxsən özü təqsirləndirilən şəxslərin helikopterlərlə gətirilib məhkəməyə çatdırılmasına rəhbərlik edib.

Bundan əlavə Ukrayna polisi Luqansk vilayətinin vergi xidmətinin rəisi Aleksandr Antipovun evində nağd şəkildə aşkar edilən 3,8 milyon dolların video görüntülərini jurnalistlərə nümayiş etdirib.

Ukrayna baş prokurorluğu ölkənin keçmiş vergilər naziri Aleksandr Klimenkonu və onun tabeliyində olan bir sıra şəxsləri büdcəyə 96 milyard qriven (3,7 milyard dollar) zərər vurduğunu təsbit edib.

"Bu məbləğ Daixli İşlər Nazirliyinin iki illik, ölkədə sosial xərclərə cəlb edilən vəsaiitlərin isə 1 illik büdcəsinə bərabərdir”, - xəbərdə deyilir.

Anatoli Matiosun sözlərinə görə, ittiham olunan vergi məmurları "otkatlar”dan tutulmalı olan 10-11%lik vergi yayınmalarına göz yumublar.

Ukraynalı hərbi prokuror həbslərin Dövlət Fiskal Xidmətinin keçmiş rəisi, azərbaycanlı Roman Nəsirovun ifadələri əsasında həyata keçirildiyini bildirib. Nəsirovun özü 2 milyard qrivenlik (76 milyon dollar) əmlakın mənimsənilməsində ittiham olunur.

Hazırda Nəsirov Milli Antikorrupsiya Mərkəzində saxlanılır. Keçmiş məmur həyat yoldaşının onun üçün yüz milyon qrivenlik (3,8 milon dollar) zamin pulunu ödədikdən sonra istintaq təcrdixanasından çıxarılıb. Milli Antikorrupsiya Mərkəzinin direktoru Artyom Sıtnikin verdiyi xəbərə görə, Nəsirova qaşı araşdırmanın bu ilin iyun ayında bitməsi gözlənilir.

Siyasi müşahidəçilər son həbslərin Ukrayna prezidenti Pyotr Poroşenko üçün piar nöqteyi-nəzərindən olduqca vacib olduğunu vurğulayırlar. Pyotr Poroşenko Qərb tərəfindən Ukraynada korrupsiyaya qarşı lazımı şəkildə mübarizə aparmamaqda günahlandırılır.

Ernst & Young agentliyinin xəbərinə əsasən, Ukrayna korrupsiyanın səviyyəsinə görə Avropanın 41 ölkəsi arasında birinci yeri tutub.




[email protected]