Britaniyanın Mançester şəhərindəki "Manchester Arena"dakı məşum teraktdan sonra ölkənin iri şəhərlərinin küçələrində xüsusi təyinatlı hərbçilər nəzarət-patrul xidmətinə başlayıblar.
İctimaifikir.az Daily Mail-ə istinadən bildirir ki, dünən Britaniya Kral Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qoşunlarının (SAS) 1000 hərbçisi küçələrə çıxarılıb.
Onlar, ilk növbədə, milli-tarixi obyektləri, kraliçanın ailəsini və atom-elektrik stansiyalarını qorumağa başlayıblar.
İlkin mərhələdə 5 min SAS hərbçisi patrul xidmətinə cəlb olunacaq.
Hazırda Londonda parlament binası, Bukinhem Sarayı, Dauninq-Strit və digər mühüm obyektlərin qarşısında hərbçilər növbə çəkirlər.
Baş nazir Tereza Meyin göstərişindən sonra müdafiə naziri Maykl Fellon bu həftənin sonunadək 2800 SAS hərbçisinin mühafizə işlərinə cəlb olunacağını bəyan edib.
Britaniyada terror təhdili riski kritik həddə çatdırılıb.