Türkiyədə haqqında həbs qərarı çıxarılan tanınmış jurnalist Can Dündara Almaniyada "Qustav Heinemann” mükafatı verilib.
İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, Sosial Demokrat Partiyası (SDP) Ümumi Mərkəzində təşkil olunan mərasimdə Can Dündara "düşüncə azadlığı üçün göstərdiyi cəsarətə görə” mükafat təqdim edilib.
Mükafatı təqdim edən partiya lideri Martin Şults "Can Dündar mənim gözümdə bir qəhrəmandır”, - deyib.
Mükafatın 10 min avro dəyərində olduğu bildirilir.