Çində şaxtanı su basması nəticəsində 6 nəfər ölüb

Çində şaxtanı su basması nəticəsində yer altında qalan 11 mədənçidən 6-sı ölüb, digər 5 nəfər isə xilas edilib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Çinin Şansi əyalətində baş verən hadisə zamanı şaxtada 11 nəfər olub. Hadisə yerinə dərhal xilasedici briqada göndərilib.


Qeyd edək ki, Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli hesab edilir və hər il minlərlə şaxtaçı müxtəlif qəzaların qurbanı olur.




[email protected]