Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə təxminən on min insan təhsil haqqında qanunla əlaqədar etiraz aksiyası keçirib.
İctimaifikir.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni qanuna edilən düzəlişlər ölkədə fəaliyyət göstərən Mərkəzi-Avropa Universitetinin bağlanmasına icazə verir.
Macarıstanın Baş naziri Viktor Orban universitetin fəaliyyətində nöqsanların olduğunu bildirib.