Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan dondurmadan zəhərlənib.
İctimaifikir.az virtualaz-a istinadən xəbər verir ki, rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.
İnformasiyaya əsasən, rayon xəstəxanalarından yalnız birində 200-ə yaxın zəhərlənən sakin yerləşdirilib. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə köçürülüb.
Əndican vilayəti Səhiyyə İdarəsindən bidlirilib ki, zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki "Maks" kafesində dondurma yeyiblər.