Çin "İpək yolu" ölkələrinə 4 mlrd. dollar investisiya qoyub

Çin bu ilin ilk dörd ayı ərzində "Bir kəmər-bir yol" layihəsində iştirak edən 45 ölkə iqtisadiyyatına 3,98 mlrd. ABŞ dolları investisiya qoyub.

 İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çinin Kommersiya Nazirliyinin məlumatına əsasən bildirib.
Xəbərdə qeyd edilib ki, "İpək yolu" ölkələrinə sərmayə qoyuluşu Çinin məcmu investisiyasının 15,1%-ni təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 8,2% olub.

Statistikaya əsasən, bu dövr ərzində Çinin Pakistana investisiya qoyuluşu illik müqayisədə 1 674%, Şri-Lankaya 809%, Laosa 241% və Kambodcaya 63% artıb. Kommersiya Nazirliyinin məlumatına görə ilk 4 ayda Çin Özbəkistan, Laos, Pakistan və Kambodcada ən iri investor-ölkə statusu qazanıb.




[email protected]