ABŞ Əsəd qüvvələrini hədəf almasının səbəbini açıqladı

ABŞ Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid qüvvələri hədəf alması barədə bəyanat yayımlayıb.

Bəyanatda Pentaqon Əsədin dəstəklədiyi qüvvələrə məxsus hərbi avtomobilləri vurduğunu bildirib.

 Pentaqon Əsədə aid qüvvələrin hədəf almasına səbəb kimi bunun ABŞ-a təhdid yaratdığını göstərib. Qeyd edilib ki, bölgədə 100-ə yaxın ABŞ əsgəri İŞİD-ə qarşı döyüşən əsgərlərə hərbi təlim keçir.

Xatırladaq ki, ABŞ sonuncu dəfə Şayrat avibazasına raket hücumu təşkil etmişdi.




[email protected]