Suriyanın İŞİD-dən azad edilmiş Aazaz və əl-Rai rayonlarında sutka ərzində iki partlayış baş verib.
Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Xəbərdə bildirilir ki, partlayışlar nəticəsində iki polis əməkdaşı və bir dinc sakin yaralanıb. Belə ki, yerli vaxtla saat 20:56-da naməlum şəxslər Aazazda minalanmış avtomobili partladıblar. Partlayış nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.
Onlar Türkiyənin Kilis vilayətinin dövlət xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Eyni zamanda əl-Raidədə baş vermiş partlayış zamanı 1 dinc sakin xəsarət alıb.