İraqda İŞİD-in törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.

Bu barədə "Anadolu" agentliyi İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidiyə istinadən xəbər verib.


Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.

Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.  




[email protected]