"Orqanlarım sıradan çıxıb" - əməkdar artist

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində problemlər yaranıb.

"Orqanlarım sıradan çıxıb" - əməkdar artist

İctimaifikir.az  bildirir ki, müğənni "Yenicağ"a müalicə olunduğunu deyib:

"Həkim nəzarətindəyəm, hər il mütəmadi olaraq bir neçə dəfə sistemlər qəbul edirəm ki, xəstəlik irəliləməsin. Bax, indi sizinlə danışıram, qoluma sistem qoşulub. Bu xəstəlik elədir ki, bütün orqanları sıradan çıxarır. Məndə də elədir, ürəyimdə, qaraciyərimdə, ayaqlarımda problemlər yaranıb. Neçə illərdir ki, süni həyat yaşayıram. Günüm dava-dərmanla keçir. Amma bu günümə də şükür edirəm".

 

Qeyd edək ki, sənətçi illərdir şəkərli diabet"xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində müğənninin gözlərində də ciddi problemlər yaranmışdı. Bir müddət öncə o, göz əməliyyatı keçirib.




[email protected]