Türkiyədə "Ülkər" adlı şirniyat şirkətinin 1 aprel gülüş günü ilə bağlı çəkdiyi reklam çarxı ölkəni ayağa qaldırıb.
İctimaifikir.az bizimyol.info-ya istinadən xəbər verir ki, reklamı izləyən bəzi şəxslər videoda subliminal mesajların olduğunu və aprelin 1-i gecə saatlarında hərbi çevriliş olacağını idda ediblər. Bundan sonra minlərlə insan gecə saat 4-də küçələrə axışıb.
Xalq "Ülkər"in şirniyyat mallarını boykot edərək şirkətin binasını daşa basıb. Məsələ ilə bağlı "Ülkər"in Twitter səhifəsindən açıqlama yayılaraq heç bir subliminal mesajın olmadığı və videonun bəzi insanlar tərəfindən yanlış anlaşıldığı bildirilib. Reklam videosu Twitter-dən silindikdən sonra insanlar evlərinə dağılıb.
Videoları izləmək üçün şəkillərə klikləyin: