Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ölkəyə xarici vətəndaşların axını başlayıb. Qeyd edək ki, Bakının təkcə 57 ölkəni təmsil edən 3 mindən çox idmançıya, eləcə də izləyici və yüz minlərlə turistə ev sahibliyi etməsi gözlənilir. Nəzərə alsaq ki, illərdir ölkədə turizm məhsulunun qiymətinin baha olması və hətta bunun beynəlxalq yarışları izləmək üçün gələnlərin seçiminə təsir etdiyi irəli sürülür, turistlərin istifadə etdikləri əsas xidmətlərin qiymətləri və keyfiyyətləri ilə maraqlandıq. Aşağıdakı mənzərə alındı.
Hotellərin qiymətləri
Başlayaq hotellərin qiymətlərindən. Qeyd edək ki, Azərbaycanda böyük hotel şəbəkəsi fəaliyyət göstərir. Bunlar içərisində 5,4,3 ulduzlu otellər daha çoxdur. Hotellərdə 1 günlük gecələməyin qiymətləri aşağıdakı kimidir:
"Qafqaz Baku City Hotel & Residences" (ünvan:Nəsimi rayonu Tbilisi pr. 34)
1 nəfərlik standart otaq -123 manat
2 nəfərlik standart otaq - 156 manat
Səhər yeməyi, fitnes zalından istifadə otağın qiymətinə daxildir.
"12 Inn Bulvar" (ünvan:Bakı, Üzeyir Hacıbəyov, 27)
1 nəfərlik standart otaq -130 manat
2 nəfərlik standart otaq - 150 manat
2 nəfərlik lüks otaq - 250 manat
Qiymətə, sadəcə, səhər yeməyi və internetdən istifadə daxildir. Bu arada resepşından öyrəndik ki, qiymətlər IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bir qədər bahalaşıb.
"ABU Arena" (ünvan:Koroğlu Rəhimov küç, 15)
1 nəfərlik standart otaq - 60 manat
2 nəfərlik standart otaq -90 manat
Otağın qiymətinə, sadəcə, səhər yeməyi daxildir .
"Absheron Hotel Group" (ünvan: Azadlıq Meydanı, məhəllə 674)
Dəniz ponaraması olan 1 nəfərlik standart otaq (səhər yeməyi olmadan ƏDV daxil) - 602,90 manat
Dəniz ponaraması olan 1 nəfərlik standart otaq (səhər yeməyi və ƏDV daxil)- 641,84 manat
Hotelin qiymət paketi qonağın qalacağı gecələrin sayına görə dəyişə də bilər.
"Baku Palace Ascot Inn Hotel" (ünvan: İçəri Şəhər, İslam Səfərli küç. 15)
1 nəfərlik standart otaq - 50 manat
2 nəfərlik standart otaq - 70 manat
Hoteldə restoran xidməti yoxdur.
"Excelsior Hotel & Spa BAKU"(ünvan: H. Əliyev pr. 2)
1 nəfərlik standart otaq - 160 manat
2 nəfərlik standart otaq - 185 manat
Hoteldə qiymətlər qonağın qalacağı gecələrin sayına görə dəyişir. Pulsuz xidmətə isə ancaq səhər yeməyi daxildir.
"Grand Hotel Europe" (ünvan:Tbilisi pr. 1025/30)
1 nəfərlik standart otaq - 130 manat
2 nəfərlik standart otaq - 130 manat
Otağın qiymətinə səhər yeməyi, hovuz, SPA, fitnes daxildir.
"Hyatt Regency Bakı" (ünvan: Bakıxanov küç. 1)
1 nəfərlik standardan yuxarı otaq - 343 manat
2 nəfərlik standartdan yuxarı otaq - 366 manat
Onu da qeyd edək ki, hoteldə standart otaqlar artıq tutulub. Qiymət qonağın qalacağı gecələrin sayına görə dəyişə də bilər. Otağın qiymətinə isə səhər yeməyi, hovuz, fitnes daxildir.
"Hilton Baku" (ünvan: Azadlıq prospekti, Bakı AZ 1000)
1 nəfərlik standart otaq (səhər yeməyi olmadan, ƏDV daxil) - 384,80 manat
1 nəfərlik standart otaq (səhər yeməyi və ƏDV daxil) - 422,56 manat
2 nəfərlik standart otaq (səhər yeməyi olmadan, ƏDV daxil) - 386,10 manat
2 nəfərlik standart otaq (səhər yeməyi və ƏDV daxil) - 456,90 manat
"Four Seasons Hotel Baku"
1 və 2 nəfərlik standart otaq (səhər yeməyi olmadan) -760 manat
1 və 2 nəfərlik standart otaq (səhər yeməyi daxil)- 825 manat
Hostellərin qimətləri
Hoteldə gecələməyə az pul xərcləyib daha çox gəzmək istəyən turistlərin yerləşdikləri hostellərin qiymətləri isə belədir:
"Hostel Land of Fire" - 17 manat
"Baku Old City Hostel" - 18 manat
"Caspian Hostel" - 16 manat
"Sport Hostel Baku" - 8 manat
"Guest House İnn and Hostel" - 12 manat
"Baku Hostel On Gesr" - 17 manat
"Calipso Hostel"- 14 manat
Onu da qeyd edək ki, sözügedən hostellərdə otaqlar 4-10 nəfərlikdir. Pulsuz xidmətlərə avtomobil dayanacağı, internet, fen, ütü, televizordan istifadə imkanları daxildir.
Günlük evlər
Xüsusilə İran, Ukrayna və Türkiyə vətəndaşları günlük evlər kirayələməyə üstünlük verirlər. Ərazidən və evin vəziyyətindən asılı olaraq qiymətlər 20-120 manat arasında dəyişir. Mənzillər ev sahiblərinin özləri, eləcə də relitorlar tərəfindən kirayə verilir. Birinci halda təklif edilən evlərin günlük qiymətləri bir qədər ucuz olur. www.airbnb.com saytında belə elanlarda Bakıda günlük ev kirayəsi ərazidən asılı olaraq 11-30 dollar arasından dəyişir. Mənzildə təmiz "postel", qab-qacaq, kabel televiziyas, paltaryuyan maşın, eləcə də internet olur.
İkinci halda isə daşınmaz əmlak alqı-satqısı ofislərində relitorlar evləri 40-120 manata təklif edirlər. Mənzildə yenə də təmiz "postel"dən, qab-qacaqdan, kabel televiziyasından, paltaryuyan maşından, internetdən istifadə şəraiti olur.
Taksi şirkətlərinin tarifləri
Turistlər bir yerdən başqasına getmək üçün nəqliyyat vasitəsi kimi daha çox taksilərdən istifadə edirlər. Bildirək ki, hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur. Şirkətlərin təklif etdikləri tariflər aşağıdakı kimidir:
City Taxı
Minimal sifariş məbləği (3 km-ə qədər) - 3 azn
3 -6 km - 0.6 azn
6 -15 km - 0.5 azn
15-50 km - 0.4 azn
50-100 000 km - 0.3 azn
Müştərini gözləmə (ilk 10 dəqiqə pulsuz) hər dəqiqəyə görə - 0.05 azn
Sifarişdən imtina - 2 azn
189 Taxı
Super Ekonom
Minimal gediş haqqı -1,89 azn
5 km - 3,5 azn
10 km -6 manat
Ekonom
Minimal gediş haqqı - 3 manat
5 km - 4,4 manat
10 km - 7 manat
Komfort
Minimal gediş haqqı - 3,3 manat
5 km - 4,8 manat
10 km - 7,7 manat
Ok Taxı
Koporativ taksi - 0,35 azn/km
London Taxı
Taksiyə əyləşərkən - 1 azn
0-10 km - 0,7 AZN
10-20 km - 0,4 AZN
20 və yuxarı km - 0,2 AZN
Uber TAXI
1 km -0,40 AZN
Dost Taxı
3 km-dək 3 azn
4km - 3,60azn
5km - 4,20azn
6km - 4,80 azn
6-30km - 0,50azn
30-120km - 0,40azn
120km - 0,30azn
Salam Taxı
3 km - Ekonom 1.80 azn, Biznes 2.60 azn
3-12 km üçün hər 1km - Ekonom 0.40 azn, Biznes 0.50 azn
12-70 km üçün hər 1 km -Ekonom 0.30 azn, Biznes 0.40 azn
70 km-dən yuxarı hər 1 km- Ekonom 0.16 azn, Biznes 0.22 azn
Hava limanına gediş haqqı (Mərkəzdən) - Ekonom 7.60 azn, Biznes 11.60 azn
Hava limanına gediş haqqı (Badamdar, Yeni Yasamal) - Ekonom - 8.60 azn, Biznes 12.60 azn
Hava limanına gediş haqqı (Koroğlu metrosunun ətrafı) - Ekonom -6.60 azn, Biznes 8.60 azn
Gözləmə müddəti 1dəq. (15 dəqiqə pulsuzdur) - 0.04 azn
O ki qaldı şirkətlərin tıxac zamanı tariflərinə, pik saatları 17:00 - 20:00 arası müəyyən edilib. Bəzi şirkətlərdə bu saatlarda tariflər dəyişir. Belə ki, pik saatlarında taksidə gediş haqqı hər kilometrə təqribən 5 qəpik bahalaşır.
Taksi xidmətlərinin qiymətlərini konkret məsafə - "20 Yanvar" və "İçərişəhər" metro stansiyaları üzrə öyrənməyə çalışdıq. Və bu nəticə alındı:
City Taxı - 4,09 azn
Taxı24 - 4 azn
189 - (Econom) 3,86 azn
Salam Taksi - 2,51 azn
Taxı*9111- 3 azn
OK Taxı - 4,45 azn
Felix Taxı - 3,76 azn
Uber -4 azn
Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.
Qida vacib şərtdir
Restoranların qiymətləri də zövqə görə dəyişir. Yəni qiymətlər restoranın səviyyəsindən, harada yerləşməsindən, menyudan asılı olur. Məsələn, məşhur restoranlarda səhər yeməyinin menyusu 15-20 manat təşkil edir. Nahar qiymətləri də seçimdən asılıdır. Lakin bəzi kafelər "Biznes lanç"lar da təklif edir. Hansı ki burada qiymətlər 6-15 manatdır.
Turist yarmarkaları və suvenirlər
Hər bir turist səfər etdiyi ölkədən xatirə qalmasını istəyir. Bunun üçün İçərişəhərdə turistlər üçün ölkəmizin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini əks etdirən yarmarka təşkil edilib. Yarmarkada olub qiymətlərlə maraqlandıq. Diqqətimizi çəkən illərdir Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinə baxmayaraq, hələ də milli suvenir çeşidlərinin azlığı oldu. Bunu nəzərə alan satıcılar qonşularımızın da mədəni, tarixi irsindən, mətbəxindən bəzi əlavələr ediblər. Məsələn, turistlərə araxçın, çarıxla bərabər "matroşkalar" da təklif edilir. Mətbəx nümunələri arasında isə kəstanəyə rast gəlmək olar. Doğrusu, yerli "kəstanəçilərimiz"in şabalıdı qovurmaqda bacarıqlı olduqlarını söyləsək, yalan olar. Şabalıdlar yaxşı qovurulmadığından yarı çiy, yarı yanmış vəziyyətdə satılır.
Yarmarkada qiymətlər isə aşağıdakı kimidir:
"Matryoşka" - 40 manat
Üzərində buta naxışı olan, ipək şallar - 15-20 manat
Sadə araxçın -3, bəzəkli araxçın 6 manat
Çoban papağı - Motal papağı 50 manat
Çarıx - 10 manat
Kəstanə - 4 ədədi 2 manat
Göy qutabı - 0,40 manat
Toxuma corablar - 5 manat
Toxuma çantalar - 10-20 manat
Xalçadan hazılanan çantalar - 50 manat
(news.milli.az)