Kapital Bank-dan Novruz endirimləri

Kapital Bank Novruz Bayramı münasibətilə endirimli kampaniya keçirir. Şərtlərə görə 31 mart tarixinədək Kapital Bank-dan nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim ediləcək.


Qeyd edək ki, Kapital Bank-da "Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı –https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünwww.kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.




[email protected]