Ülviyyə Zülfiqar: Əlli yeddi ölkənin qayıdış hüququmuzu dəstəkləyərək Ermənistandakı irsimizin dağıdılmasını qınaması böyük nailiyyətimizdi

Qərbi Azərbaycan İcması yenidən təşkil olunduqdan bu günə qədər artıq ikinci dəfədir Beynəlxalq Qaçqınlar Günü ilə bağlı beynəlxalq konfrans keçirir. Hər dəfə bu tədbirə ölkəmizdə yerləşən diplomatik korpusların rəhbərləri və nümayəndələri böyük maraq göstərirlər. Düşünürəm ki, bu da İcmanın beynəlxalq istiqamətdə gördüyü işin nəticəsidir. Onların hər biri öz ölkəsinə soydaşlarımızın başına gələnlərlə bağlı məlumat verir, özləri də bu barədə ətraflı məlumat alırlar.
Bu sözləri  sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
“Beynəlxalq miqyasda ünvanladığımız müraciətlərin və yaydığımız haqq səsimizin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilən konfransında 57 ölkə geri qayıdış hüququmuzu dəstəkləyərək Ermənistandakı irsimizin dağıdılmasını qınayıb. Bu, böyük nailiyyətdir”, - deyə o vurğulayıb.
Ü.Zülfiqar əlavə edib ki, Qayıdış Konsepsiyamızda da nəzərdə tutulduğu kimi, biz öz ata-baba torpaqlarımıza sülh yolu ilə geri qayıdıb yenidən evlərimizdə dinc yanaşı yaşamaq istəyirik. Bu, bizim hüququmuzdur.



[email protected]