Yalçın Rəfiyev: Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir

Ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir.
bu sözləri COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı ilə mayın 24-də keçirilən Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29-a dair təqdimat mərasimində deyib.
Nazir müavini bildirib: “Bizim Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm danışıqlarımız olub və bu sahədə bir çox irəliləyiş əldə etmişik. İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz”.



[email protected]