SON XƏBƏRLƏR
SADİQ BİZLƏRİK!


Mahilə Qurbanova
"ictimaifikir.az” xəbər portalının rəhbər müavini, 
"Peşəkar jurnalist” media mükafatı laureatı


Öyün Azərbaycan,öyün adınla,
Öyün vüqarınla,öyün şanınla.
Səni pilə-pillə qurub yaradan,
Dahilər dahisi Heydər adınla.

Bu diyar nə qədər bəxtiyardır ki,
Taleh  bu diyara onu bəxş etdi.
O da  var gücüylə heç yorulmadan,
Azərbaycanı qurub bizə bəxş etdi.

Bu asand olmadı bir ömür boyu,
Kim bacarardı ki, keçə bu yolu?!
Müstəqillik adı əbədi oldu,
Bunu təsdiq etdi Öndərin qolu.

Bu məmləkətin hər qarışında,
Hər parçasında, xırda daşında
Onun əl izi var, ayaq izi var,
Öndər əzəməti, Heydər əzmi var.

Qəlbi döyünürdü  Azərbaycanla,
Ona sadiq olan doğma  cahanla.
Xalqın sevincinə, qəminə şərik,
Heydər ideyalarına sadiq bizlərik...




[email protected]