HEYDƏR ƏLİYEV VƏ MİLLİ TƏHSİL İDEOLOGİYASI

Yusifova Nailə Yusif qızı 

filolologiya üzrə fəlsəfə doktoru, b/ m

 Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)


   “Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar-həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

Heydər Əliyev


Açar sözlər: Heydər Əliyev, təhsil, elmi, milli, tərəqqi

Ключевые слова: Гейдар Алиев, образование, научный, национальный, прогресс

Key words: Heydar Aliyev, education, scientific,  national, proqress


Heydər Əlirza oğlu Əliyev şəxsiyyəti, Azərbaycan tarixində, milli – siyasi təfəkküründə, dövlətçilik ideologiyamızda, xalqımızın fəxrlə yad etdiyi dahi fenomendir. Azərbaycan tarixində böyük şəxsiyyətlər – dövlət başçıları, siyasətçilər, diplomatlar, hərbçilər və xeyriyyəçilər olub. Onlar tarixin müəyyən səhifəsinə düşmüş, xalqın yaddaşında qalmışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çoxcəhətli – ölkə başçısı, görkəmli siyasətçi, mahir diplomat, bütövlükdə dövlət qurucusu kimi fəaliyyət göstərən bir şəxsiyyədir. Heydər Əliyevin   ideoloji əsas­ları Azərbaycanda tam şəkildə bərqərar olmuşdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, dövlətçilik məfkurəsi, milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması – bütün bu proseslər Azərbaycanda şox uğurla davam etmişdir [2, səh 56-57]. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi Azərbaycan dilinə rəsmi münasibəti çox sürətlə və əsaslı sürətdə dəyişdirdi. Dövlət dili sahəsində fəaliyyətə respublika rəhbəri onun işlənmə sferasını və fəaliyyət dairəsini genişləndirməkdən başladı. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli tədbirlərdə ana dilində parlaq çıxış edərək,özünə böyük hörmət və məhəbbət qazandı. Bütün bunlar təbii olaraq ölkədə güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.Bütün sahələrdə  olduğu kimi, elm və təhsil sahəsi kimi prioritet sahələrin idarə edilməsi  üçün bacarıqlı və yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyni mühüm vəzifə kimi qarşıya qoyaraq, təhsilin inkişafına xüsusi qayğı göstərirdi.Məhz belə kadrların yetişməsinə istinad edərək,Ulu Öndər özünün mükəmməl konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyanın əsasında müstəqil Azərbaycanın bütün sahələrdə daha da möhkəmlənməsi, dirçəlməsi və çiçəklənməsi dayanırdı. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib sahəsidir”,-deyən Ümummilli Liderimiz Azərbaycan təhsilinin inkiafını təmin edən fərman və sərəncamlar imzaladı. H.Əliyev Azərbaycanda bütün sahlərdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi olaraq yaddaşlarda iz qoymuşdur. Ulu Öndər öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir  sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, ”Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatı, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu gün biz gündəlik həyatımızda, hər addımımızda o, dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən iş fəaliyyətinin gözəl nəticələri ilə rastlaşırıq [1].

Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intelektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Təkcə yaşadığı dövr, Azərbaycan ədəbiyyat və mədəniyyətini bütöv  milli mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük və davamlı pespektivlərə istiqamətləndi. Onun əsas məqsədi şəbəkə  qurub, müasir dünya çağırışlarının öhdəsindən gələ biləcək, fəal vətəndaş mövqeyi sərgiləyən, rəqabətə davamlı, yüksək texnologiyalı tədqiqatçılar və güclü təhsil sistemi yaratmaq idi. Hər il yüzlərlə oğlan və qız Moskvaya və Leninqrada (Sankt-Peterburq) oxumağa göndərildi. 80-ci illəin əvvəllərində bu şəhərlərdə mindən çox tələbə vardı. Halbuki 1969-cu ildə azərbaycanlı gənclərə cəmisi 34 yer ayrılmışdı. Ümumən 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə təqribən 10 min gənc azərbaycanlı gənc respublikadan kənara təhsil almağa göndərilmişdi. Bir müddət sonra onlar ölkəmizdə aparıcı vəzifələrə təyin olundular. Eyni zamanda xaricdəki Azərbaycan diasporunun məhsuldar əsası qoyuldu [3, səh 27]. Bunlarla yanaşı 1978-ci ildə Azərbaycan dili, dövlət dili statusunu aldı. Bakının ən görkəmli yerində İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Mehdi Hüseyzadənin, Nəriman Nərimanovun və digər böyük Azərbaycan övladlırının abidələri, Şuşa şəhərində isə Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı. 1998-ci il 26 sentyabr... Azərbaycan Müəllimlərinin Qurultayı...Ulu öndərin yerində işlənən fikirləri qurultayın ana xəttini təşkil edirdi.”Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu etmək istərdim ki, müəllim elə müəllim olsun ki, bax mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizsində qalsın... Şəxsən mənim hafizəmdə müəllim ən ali sima olmuşdur. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamışdır.” Təhsil millətin gələcəyidir”,- deyərək, hər zaman təhsilə xüsusi önəm vermişdir[1].

Heydər Əliyevin mühüm nailiyyətlərindən biri də “Bakı məktəbi” təhsil proqramının yaradılması olub. Bu proqram 1993- cü ildə başlanıb və Azərbaycan məktəblərində təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşıyırdı. Şagirdlərin bir qayda olaraq yeni bilik və texnologiyara çıxış imkanı təmin edilərək, beynəlxalq standartlara cavab verən tədrisə istiqamətlənmişdir. “Bakı məktəbi” proqramı çərçivəsində ən müasir texnologiya və avadanlıqla təchiz edilmiş çoxlu yeni məktəblər yaradılmış, şagirdlərin daha səmərəli oxumasına və təhsilin keyfiyyətinin yüksəlməsinə kömək edən yeni kurikulumlar və dərs vəsaitləri də yaradılmışdır. O cümlədən Azərbaycan Texnologiya Universiteti, “Xəzər” Beynəlxalq Universiteti və digər ali təhsil ocaqları da yaradılmışdır. Nəticədə, Heydər Əliyev Azərbaycanda mükəmməl, ixtisaslamış və zənginləşmiş təhsil sisteminin əsasını qoydu [4, səh 67].


Ədəbiyyat

1. H.Əliyev Azərbaycan müəllimlərinin XI Qurultayında. Bakı, Heydər Əliyev sarayı, 25 sentyabr 1998- ci il.

2.Heydər Əliyev müasir Azərbaycan Parlamentinin banisidir,Bakı Azərbaycan Respublikası MM-in nəşri, 2008, s.56-57.

3. H. Əliyev. Müstqilliyimiz əbədidr, XV kitab, Bakı, Azərnəşr, 2005, s.27

4. N.Cəfərov. Azərbaycanşünaslıa giriş, Bakı,2002, s.529, s.67


Xülasə 

Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər yüksək əzmkarlığı hesabına həll etdiyi problemi dərindən mənimsəməsi, özünə və ətrafdakılara qarşı tələbkarlğı, reallığı əks etdirən prinsipial mövqe tutması və üzərinə düşən vəzifəsi olmuşdur. Ötən il Azərbaycan Respublikasının vətəndaşları və türk dünyası, müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması və dövlət xadimi Hehdər Əliyevin anadan olmasının 100 illiyi böyük sevinclə qeyd etdi. Ümummilli lider Heydər Əliyevin millətinə ərməğan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil dövlət kimi formalaşdırmaq və dinamik inkişaf yolunu istiqamətləndirmək olmuşdur. Odur ki, H.Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tədqiq etmək bu günkü və gələcək nəsillərin qarşısında dayanan ən vacib və akuallığını itirməyən məsələdir. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Umummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə böyük töhfələr vermişdir. Bu   dövrlər ərzində onun bir amalı – Azərbaycanı inkişaf etdirmək, vətəndaşların rifahını yüksəltmək, ölkəmizi dünya birliyi səviyyəsində tanıtmaq olmuşdur. Heydər Əliyev Azərbaycanın  siyasi və dövlət xadimi kimi təkcə siyasətdə deyil, eyni zamanda milli təhsil sisemində öz  imzasını yazmışdur. Mühüm nailiyyətlərdən biri də ali məktəb təhsil proqramının yaradılması və zənginləşdirilməsi olmuşdur. Bu istiqamətdə istedadlı gənclərə xüsusi qayğı göstərilməyə başlandı. Bu proqram Azərbaycan universitetlərində tədrisi yüksək səviyyədə görmək  məqsədi daşıyırdı. O, öz çıxışlarında təhsilin xalq və  ölkəmizin inkişafı üçün əsas amil olduğunu  qeyd edirdi. H.Əliyev tez-tez gənc nəslin keyfiyyətli təhsil və təlim keçməsinin vacibliyini vurğulayırdı.

Н.Юсифова 


ГЕЙДАР АЛИЕВ И ИДЕОЛОГИЯ НАЦИОНАЛЬНОГО ОБРАЗОВАНИЯ

Резюме

Главными чертами, которые отличали Гейдара Алиева, были глубокое понимание решаемой им проблемы, обусловленное его высокой настойчивостью, требовательность к себе и окружающим, его принципиальная позиция отражающей действительность и его долг. В минувшем году граждане Азербайджанской Республики и тюркского мира с большой радостью отметили 100-летие со дня рождения Гейдара Алиева – основателя и архитектора независимой Азербайджанской Республики, самая влиятельная фигура в нашей национальной истории ХХ века и государственного деятеля нашей страны. Богатое наследие государственности и жизненной философии общенационального лидера Гейдара Алиева еще долго будет в центре внимания. Потому что философия жизни и творчества великого лидера заключалась в том, чтобы верно служить своему народу, сформировать Азербайджанскую Республику как независимое государство и направить ее по пути динамичного развития.

Общенациональный лидер во все периоды, независимо от общественно-политического устройства внес большой вклад в прогресс Азербайджана. В эти периоды одной из его задач было развитие Азербайджана, повышение благосостояния граждан, продвижение нашей страны на уровне мирового сообщества. Будучи политическим и государственным деятелем Азербайджана, Гейдар Алиев оставил свой след не только в политике, но и в системе национального образования. Одним из важных достижений стало создание и расширение программы высшего образования. В этом направлении особое внимание уделялось талантливой молодежи. Эта программа была направлена на улучшение преподавания в азербайджанских университетах. В своих выступлениях он отметил, что образование является главным фактором развития народа и нашей страны. Гейдар  Алиев часто подчеркивал важность качественного образования и обучения молодого поколения.

N.Yusifova


HEYDAR ALIYEV AND THE IDEOLOGY OF NATIONAL EDUCATION

Sammary

The main features that distinguished Heydar Aliyev were his deep understanding of the problem he solved due to his high perseverance, his demandingness towards himself and those around him, his principled position reflecting reality and his duty. Last year, the citizens of the Republic of Azerbaijan and the Turkic world celebrated with great joy the 100th anniversary of the birth of Heydar Aliyev, the founder and architect of the independent Republic of Azerbaijan, the most powerful figure and statesman of our 20th century national history. National leader Heydar Aliyev's rich legacy of statehood and philosophy of life will be in the spotlight for a long time. Because the great leader's philosophy of life and creativity was to serve his people faithfully, to form the Republic of Azerbaijan as an independent state and to direct the path of dynamic development.The national leader made great contributions to the progress of Azerbaijan in all periods, regardless of the socio-political structure. During these periods, one of his tasks was to develop Azerbaijan, improve the welfare of citizens, and promote our country at the level of the world community.

As a political and statesman of Azerbaijan, Heydar Aliyev left his mark not only in politics, but also in the national education system. One of the important achievements was the creation and enrichment of the higher education program. In this direction, special attention was given to talented young people. This program aimed to improve teaching in Azerbaijani universities. In his speeches, he mentioned that education is the main factor for the development of the people and our country. H.Aliyev often emphasized the importance of quality education and training for the young generation.


11.07.2025




[email protected]