SON XƏBƏRLƏR
Qalib Prezident – qalib Xalq


Babayeva Gülnarə Vəli qızı
ADPU-nun "Analitik və üzvi  kimya”  kafedrasının dosenti,
"Heydər Əliyev-100” media mükafatı laureatı

2024-cü il fevralın 7-si xalqın öz əziz övladına – Prezident İlham Əliyevə məhəbbətinin təntənəsi günüdür. 
Azərbaycanda bugünəcən keçirilmiş seçkilərin heç birinə bənzəməyən sevgi seçkisi!
İnsanlar Azərbaycan boyu seşki məntəqələrində növbələrə düzülmüş­dülər (yalnız Azərbaycandamı? Müxtəlif xarici ölkələrdəki vətəndaşlarımızın seç­ki gününün axşamı və gecəsindəki eti­raf paylaşımlarını oxuduqca qürur hissi keçirməyə bilmirsən. Özləri yazırlar ki, onlardan hansı birisə qarlı-şaxtalı gündə piyada, hansılarısa ailəlikcə ucqar şəhər­dən Azərbaycanın o ölkədəki diplomatik nümayəndəliyində təşkil edilmiş səsver­mə məntəqəsinə yüz kilometrləri aşaraq vicdan borcunu yerinə yetirməyə tələsən kimi həvəslə yollanıb.
Belə fəallıq, belə coşqu heç vaxt ol­mamışdı. 
Səbəb sadədir – İlham Əliyevin bu xalq və bu yurd üçün bugünəcən etdik­ləri!
Fevralın 7-si seçkisi həm də dərsdir. 
Sən xalqınçün böyük olan, bu xalqın tarixində qalacaq işlər görürsənsə, əmə­yin qiymətsiz qalmır, xalq xidmətlərinin əvəzində sənə bitib-tükənməyən məhəb­bətini bağışlayır.
Amma bu gün həm də torpağımızın bayramıdır, həm də Qarabağımızın bay­ramıdır. Çünki xalqın Prezident İlham Əliyevə belə sonsuz məhəbbəti və ina­mının çox səbəbləri sırasında ilk yerdə dayanan söz yox ki, onun əsas müəllifi olduğu Qarabağ zəfəridir. 
Prezident İlham Əliyevə bu gün nü­mayiş etdirilən el məhəbbəti və sayğısı həm də xalqımızın bu yurdun hər qarış torpağına tükənməz eşqinin ifadəsidir – millət öz qüdrətli oğluna Qarabağ rə­şadətinə görə, torpaqlarımızı əsarətdən qurtardığı üçün, bu ölçüyəgəlməz sevinc və iftixar müqabilində öz sevgisini qatdığı səsiylə minnətdarlığını ifadə etdi.
Hər belə səsin dəyəri bir millət rəhbə­rindən ötrü sərvətlərin alisidir.
Azərbaycan vətəndaşlarını müxtəlif hünərlərinə və nailiyyətlərinə görə müka­fatlandıran, orden-medallarla təltif edən Prezident İlham Əliyevə bu gün ordeni xalq verdi. 
Birini yox, milyonlarlasını!
Bu cür köksəsığmaz məhəbbət qarış­mış hər səsdən daha üstün olan orden varmı?!
Dərəcələrinə, mahiyyətinə görə or­den-medalların sinədə asılma sırası və ardıcıllığı var.
Xalqın öz istəkli balasını təltif etdiyi bu MİLLƏT SEVGİSİ ORDENindən daha ucada dayana biləcək bir təltif ola bilər­mi?!
Xalqın 7 fevral sevgisini Prezident İlham Əliyev gördü – təbii ki, bəxtiyardır.
Cənab Prezidentimizi ürəkdən təbrik edir, dövlətçilik və xalqımızın firavan gələcəyi naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq. 

14.02.2024




[email protected]