SON XƏBƏRLƏR
“Qarabağ Azərbaycandır və nida“

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup:2109B
Elmi Rəhbər: Gülnar Muxtarzadə
Tələbə: Eminli Fidan
 “Qarabağ Azərbaycandır və nida“
Hamımıza məlumdur ki , artıq neçə illərdir ki, vətənimiz Azərbaycanın başı üzərini qara buludlar alıb.Murdar erməni terrorçuları Azərbaycanın dilbər guşələrindən olan Qarabağa göz dikiblər.Öz murdar əməlləri, siyasətləri nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı özününküləşdirmək istəyirlər.Terrorçu erməni daşnakları öz çirkin əməllərini həyata keçirtmək üçün xarici qüvvələrdən də dəstək alırdılar.Bu dəstəklər nəticəsində dəfələrlə Qarabağa hücumlar etmiş, Dağlıq Qarabağı ələ keçirməyə çalışmışlar.Onların bu çirkin əməli nəticəsində Azərbaycanın qəlbi yaralanmış, gözəl, əsrarəngiz təbiəti,saf havası,suyu ilə seçilən Qarabağ erməni tapdağı altında qalmışdır.Neçə-neçə uşaqlarımız yetim,ailələrimiz başsız,qız- gəlinlərimiz atasız,ərsiz qalmışdır.Analarımızın ah-naləsi göylərə səs salmış, başlarına min cür oyunlar gətirilmiş əsirlərimizin fəryadı bütün dünyaya səs salmışdır.
1991- ci ilin sonu 1992- ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı.Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış qeyri sabitlikdən istifadə edərək Ermənistan xaricdən aldığı dəstək nəticəsində Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi-Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon erməni daşnakları tərəfindən işğal olundu.1992- ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədildi.Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələndi, şəhər yerlə-yeksan edildi.Ard-ardınca Azərbaycanın bağrına qanlı qılınclar saplanmağa başlandı .Kəlbəcər , Laçın, Füzuli, Ağdam, Zəngilan Şuşa, Cəbrayıl, Xankəndi və digər rayonlarımız zəbt etməklə kifayətlənməmiş,orada olan tarixi abidələrimizi ,qəbirstanlıqları , muzeyləri, möhtəşəmliyi ilə seçilən qalalarımızı məscidlərimizi yandırmış, məhv etmişlər.Sanki bununla Qarabağın Azərbaycana məxsus olduğunu tarixdən silmişlər.Lakin onlar unutmamalıdırlar ki, Azərbaycanın poeziya və musiqi beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli- əbədi torpağı , ayrılmaz tərkib hissəsidir.Əsrarəngiz təbiəti,zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır.Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir.Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir.Bu ərazidə ən qədim dövrlərə aid olan insan məskənləri aşkar olunmuşdur.1968- ci ildə Azıx mağarasında Azıx adamının çənə sümüyü tapılmışdır.Bu da ona sübutdur ki, Qarabağın tarixi ya qədim zamanlara gedib çıxır.Qədim insanların orada məskən salması isə əlverişli yaşayış şəraitinin olmasına bir daha sübutdur.
Bütün bağlanan sülh məramlı sazişlərə baxmayaraq pis niyyətli düşmən illər boyu sərhədyanı ərazilərimizi atəşə tutmuş,dinc əhaliyə zülmlər edirdilər.Dəfələrlə atəşkəsi pozub, öz adlarına layiq hücum edirdilər.Bu sazişlərin bağlanmasına baxmayaraq Azərbaycan xalqı öz sülhsevər niyyətini qoruyub saxlayırdı.Amma yenə də neçə- neçə oğullarımız şəhid olurdu,ana-bacılarımızın gözü yaşlı qalırdı.
Və nəhayət o gün gəlib çatdı.”2020-ci il 27 sentyabr " . 44 günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini bərpa etdirir.Sentyabrın 27- dən başlayaraq Azərbaycan ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı Şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu.Bu siyasi qələbənin qazanılmasında başda Ali baş komandanımız olmaqla qeyrətinə güvənib, cəsarət və günlərinə bel bağladığımız mərd,igid vətən oğullarımıza borcluyuq.Ordumuz yüzlərlə mərd vətən oğullarımızı şəhid versə də nəhayət ki, onların qanı yerde qalmadı.Torpaqlarımız işğaldan azad olundu.
Ali baş komandanımız İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt da olmayacaq.... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək .Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç vaxt güzəşt olmayacaq ".
Prezident İlham Əliyev: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzi idi və rəmzinə çevrildi.Məhz bu ifadə xalqımıza, rəşadətli ordumuza güc-qüvvət verdi.Daim inamla sabaha doğru addımlamağa dəstək oldu.




[email protected]