SON XƏBƏRLƏR
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!
Avropada qadınlara ilk seçki hüququ Azərbaycanda verilib! Dünyanın ən gözəl, ən ziyalı və ən qayğıkeş qadınları Azərbaycan xanımlarıdır! Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər". 
TƏBRİK EDİRİK!
Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını həmişə və bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir. Belə nümunəvi qadınlarımızdan olan, Azərbaycan Qadını adını şərəflə doğruldan Turə xanım istər iş həyatında, istər yaradıcılıq aləmində daim seçilib-sevilir, uğurlu layihələri, gördüyü işləri ilə cəmiyyətdə öz mövqeyini qoruyub saxlamağı bacarır.
TƏBRİK EDİRİK!  
Fürstədən istifadə edib, bu yaxınlarda layihə rəhbəri Nahidə Aslanqızı və Mahilə Qurbanova olan "Zirvədəki Azərbaycanlılar" layihəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitabının işıq üzü görməsi münasibətilə Turə xanımı təbrik edirik, uğurlarının davamlı olmasını səmimi qəlbdən arzu edirik. 




[email protected]