Qadın bütün namazlarını asta səslə qıla bilərmi?

Gündəlik namazların qiraətində bəzi şərtlər var ki, onları gözləmək lazımdır. Sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraəti cəhrlə (ucadan) oxumaq lazımdır. Zöhr və əsr namazlarının bütün rükətlərində, məğrib namazının üçüncü rükətində, işa namazının üçüncü və dördüncü rükətlərində isə qiraət ixfa ilə (astadan) oxunur. Bu qayda cəfəri məzhəbində vacib sayılır, yəni buna qəsdən riayət etməyən şəxsin namazı batildir. Amma əhli-sünnə məzhəblərində bu, sünnətdir.


Qadın bütün namazlarını asta səslə qıla bilərmi?

İctimaifikir.az islam.az-a istinadən bildirir ki, bu deyilən hökmlər kişilərə aiddir. Qadınlar, əgər səsləri naməhrəm tərəfindən eşidilirsə, bütün qiraətləri astadan etməlidirlər. Naməhrəm eşitmədiyi halda, yuxarıdakı qaydaya riayət edə bilərlər.

Cəhrlə ixfanın həddi budur ki, ixfa ilə oxunan qiraətdə adamın səsini kənardakılar eşitməsinlər. Cəhrlə qiraətdə isə adamın səsini onunla yanaşı duran adam eşitsin. Amma hənəfi məzhəbində ixfa anlayışı yuxarıdakı cəhr mənasına yaxındır. Hənəfi məzhəbində cəhr (ucadan qiraət etmək) isə o deməkdir ki, insan öz səsini o biri cərgələrdə duran adamlara eşitdirsin və bunun yuxarı həddi üçün məhdudiyyət yoxdur.




[email protected]