İran istehsalı olan “Kommivoyajör” “Oskar”a layiq görülüb

İranlı rejissor Əsgər Fərhadinin "Kommivoyajör” adlı ekran əsəri "Xarici dildə ən yaxşı film” nominasiyası üzrə "Oskar” mükafatına layiq görülüb.
 

Lakin rejissor ABŞ prezidenti Donald Trampın immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üzrə fərmanına etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə gəlməyib.
İran filmi ilə yanaşı bu nominasiya uğrunda "Tanna” (Avstraliya istehsalı), "Toni Erdmann” (Almaniya), "Mənim yurdum” (Danimarka) və "Uvenin ikinci həyatı” (İsveç) mübarizə aparırdı.



[email protected]