İsti su ilə saç yumaq təhlükəlidir? - Dermatoloqdan xəbərdarlıq

Dermatoloq Sintiya Gedes bildirib ki, saçları isti su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, o, bu barədə "Terra" nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, isti su dərinin qoruyucu funksiyanı yerinə yetirən təbii piy qatını həddindən artıq təmizləyir. Nəticədə dəridə quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis əlavə edib ki, saçları davamlı olaraq isti su ilə yumaq “əks təsir effekti” yarada bilər. Yəni dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox piy ifraz etməyə başlayır və saçlar daha tez yağlanır. Bundan başqa, hər gün isti su ilə yumaq kəpəyi də artıra bilər.

Bu səbəbdən həkim saçları yalnız ilıq və ya bir qədər sərin su ilə yumağı tövsiyə edib.

Həmidə İbrahimova




[email protected]