Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı
2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb.
Gündəm24.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir.
Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
11:23
Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını, 1-10-cu sinifləri əhatə edəcək.
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
Qeyd edilib ki, 25 fevral 2026-cı il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-cı il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
[email protected]