Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb FOTOLAR
Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il minlərlə insan soyqırımın ağrı-acısını və günahsız insanların viran edilmiş taleyini simvolizə edən “Ana harayı” abidə kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edir.
Bakının Xətai rayonunun Xocalı prospektində “Ana harayı” abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb.
[email protected]