Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib
Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Komanda Ukrayna seçməsi ilə qarşılaşıb.
Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.
[email protected]