Canlı yayımda gün vuran aparıcı özündən getdi - video

Pakistanda Fitr bayramı münasibətilə təşkil edilmiş tədbirin aparıcısı İrza Xanın başına iş gəlib.

İctimaifikir.az-ın xarici KİV-ə istinadən məluamtına görə, aparıcı canlı yayımda qəflətən huşunu itirib.
Canlı yayımda gün vuran aparıcı özündən getdi - video
İlk öncə onun səs tonu dəyişib, daha sonra üzündə qorxu ifadəsi yaranıb. Bundan sonra İrza səhnədən yerə yıxılıb. 

Ətrafda olanlar onun yorğunluqdan təzyiqinin düşdüyünü zənn etsələr də,  ancaq sonradan məlum olub ki, onu gün vurub.

Xanın görüntüləri yayıldıqdan sonra insanların çoxu onun öldüyünü düşünüb. Odur ki, aparıcı daha sonra "Twitter” səhifəsində sağ qaldığını qeyd edib:

"Bu hadisədən sonra anladım ki, məni nə qədər çox sevirsiniz. Mənə görə narahat olanlara demək istəyirəm ki, sağam, hər şey yaxşıdır. Minnətdaram”.




[email protected]