Kıvançla xanımının romantik dəniz səyahəti - fotolar
Aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerlə dəniz səyahətinə çıxıb.
İctimaifikir.az Türkiyə mediasına istinadən xəbər verir ki, xanımı və dostları ilə yaxta kirayələyib dənizə çıxan aktyor suda gimnastika ilə məşğul olduqdan sonra balıq tutub.
Başakın Kıvança göstərdiyi qayğı da diqqətdən qaçmayıb. Belə ki, o, ərinin şüalardan qorunması üçün ona günəş kremi sürtüb. Kıvanç isə xanımını öpüşlərə qərq edib.
Xatırladaq ki, Kıvançla Başak ötən ilin fevralında nikah masasına əyləşib.