İRƏLİ İLHAMLA, ZƏFƏRƏ DOĞRU!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı Cənab İlham Əliyev!

İRƏLİ İLHAMLA, ZƏFƏRƏ DOĞRU!

Qürurumuz, iftixarımız, ümidimiz, güvən yerimiz, sərkərdəmiz, xalq qəhrə- manımız Möhtərəm Prezident Cənab İlham Əliyevin illərlə apardığı islahatlarla bağlı qələbə gününün yaxınlaşacağı günə inamımızı heç vaxt itirmədik. Təkmilləş- mə, modernləşmə ictimai həyatın hər sahəsində özünü göstərməkdədir. Hörmətli Prezident İlham Əliyevin 44 günlük (27.09.2020-10.11.2020) Vətən müharibəsi zamanı nümayiş etdirdiyi güclü siyasəti, möhkəm əzmi, sabit iradəsi qələbəyə yol açdı və bu yolu zəfərə apardı. Ali Baş Komandanın apardığı Haqq savaşı şanlı və qalibiyyətli oldu, zəfər qazandı Ana vətənin qoynunda uyuyan şəhidlərimiz, mü-

alicə olunan qazilərimiz və cəbhədə, səngərdə, sərhəddə, silaha sarılıb gecə-gündüz vətənin ərazi bütövlüyünün müdafiəsində duran əsgərlərimiz vardır... Allah şəhid- lərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Ali Baş Komandan İlham Əliyevin hər bir Azərbaycanlının qəlbində məxsu- si yeri vardır. Söylədiyi hikmətli sözlər, ifadələr milli şüarlara çevrilmişdir: "QA- RABAĞ AZƏRBAYCANDIR”, "ŞUŞA QARABAĞIN TACIDIR”. Prezident

İlham Əliyevin vətənə, torpağa olan bağlılığı məhəbbətlə, sevgi ilə söylədiyi hər bir kəlməsində özünü təzahür etdirir, eyni zamanda əməlləri xalqına olan qayğısı- nın göstəricisidir. Ulu Öndər Heydər Atanın xeyir-duası yoluna daim nur salsın. Azərbaycanın hər bir qarış torpağı çox qiymətli bir zinət daşıdır. Vətənpərvər Pre- zident Cənab İlham Əliyev hər qarış torpağı əziz tutur, dəyərləndirir, rəhbəri oldu- ğu ölkənin qayğısına qalır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən yeni, möhtəşəm tarix yazıldı və yazılmağa davam edir!

Xalqını vahid Azərbaycan bayrağı altında bir yumruq kimi birləşdirən, həm- rəy edən, nizam-intizamlı ordunun Müzəffər Ali Baş Komandanı-Sərkərdəsi, Pre- zident Cənab İlham Heydər oğlu Əliyevin naminə şərəf, şan olsun!

 

 

 

İRƏLİ İLHAMLA, YALNIZ İRƏLİ!!!

Hörməti, adı, şanı-şöhrəti,

Yayılmışdır cahana bilir el-oba.

O, sadiq oğuldur Azərbaycana,

İrəli İlhamla, qalibiyyətə!


 

Duman, çən kəsməsin zəfər yolunu,

Günəşli sabahlar onunla aydın.

Xalqı ondan alır nuru, ilhamı,

İrəli İlhamla, uğura doğru!


Qüruru, hünəri örnəkdir bizə,

Torpağın, millətin xalq qəhrəmanı,

Vətənin canıdır, sərkərdəsidir,

İrəli İlhamla, yalnız irəli!

 

Esmira İbrahimova İsrafil qızı
Pedaqoq-metodist,
ekspert-psixoloq, filoloq,yazıçı-publisist

 

 





[email protected]