SON XƏBƏRLƏR
Xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev

 Xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev
Ağayev Aslan Loğman oğlu
Astara İdman kompleksinin müdiri, Avropa çempionu,
dünya üçüncüsü, 3-cü dərəcəli Əmək Ordeni, Tərəqqi medalı,
"Heydər Əliyev-100" media mükafatı laureatı
 
Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi.
Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra burada dirçəlişə çalışdı və Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşını aldı. Biz Heydər Əliyevin hesabına Naxçıvanı əldə saxladıq, qonşu ölkələrdən - İrandan və Türkiyədən gələn yardım hesabına ayaqda qaldıq. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi".
Ümumilli lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-in birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, xalqımız mütləq öz istiqlaliyyətinə qovuşacaq. Çünki Azərbaycan xalqı tarix boyu heç vaxt kölə kimi yaşayan xalqlardan olmayıb. Tarix boyu, Azərbaycan xalqının, türk xalqının mövcud olduğundan bəri bu xalq istiqbalı və istiqlalı ilə hür yaşayıb. Ona görə də, Sovet sistemində çalışanda, yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycana töhfələr verib. Müstəqilliyin təməl daşlarını qoyub.
O çalışıb ki, Azərbaycan nə vaxtsa, müstəqil olanda, bununla bağlı problem yaşanmasın. Ulu Öndərin Azərbaycanın istedadlı gənclərini SSRİ-nin önəmli universitetlərində təhsil almağa göndərməsi, sovet dövrünün  çətin qadağalarına baxmayaraq, Cəmşid Naxçıvanski adına hərbi məktəbin Azərbaycanda təşkil olunması, azərbaycanlı ziyalıların sovetlər miqyasında çox yüksək səviyyədə qiymətləndirilməsi və başqa bu kimi işləri Azərbaycanın müstəqilliyinə hədəflənmişdi. Sovetlər dönəmində Azərbaycan xalqının tarixində Gülüstan müqaviləsinin ağır bir hadisə olduğunu bir daha xatırlatmaq üçün Bakıda Azərbaycanın ən böyük sarayına Gülüstan adı verilməsi təsadüfi deyil. O vaxt həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk fəaliyyətə keçdiyi məkan olan Gəncənin Sovet dövründə Kirovabad olması çox ağır bir hal idi. Bu baxımdan Gəncənin rayonlarından birinə Nizami Gəncəvinin xatirəsini yaşatmaq üçün Nizami adı verilməsi, yaxud Bakının ən gözəl bölgələrinə Xətai, Nizami, Nəsimi kimi adların verilməsi milli təffəkürün oyanması, milli şüurun oyanması üçün  atılan addımlar idi”.




[email protected]