SON XƏBƏRLƏR
Heydər Əliyev şəxsiyyəti, gücü, eşqi, varlığı, böyüklüyü Azərbaycan xalqının nüfuzudur

Heydər Əliyev şəxsiyyəti, gücü, eşqi, varlığı, böyüklüyü Azərbaycan xalqının nüfuzudur 
Səfər İsmayılov
Lənkəran rayonu 1 saylı Notariat ofisinin notariusu

Şərəfli ömür yaşamaq, insanların sevgisini, hörmətini qazanmaq hər insana nəsib olmur. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər.
Konkret həyat amalına malik belə mənəviyyat sahibləri şərəfli və mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilirlər. Belə insanlardan biri də Lənkəran rayonu 1 saylı Notariat ofisinin notariusu Səfər İsmayılovdur. Ömrünü daim zəhmətlə, iş başında keçirən, vətənə xidməti, insanlara qarşı xoş rəftarı ilə daim seçilən və hörmət sahibi olan Səfər müəllim istər çalışdığı kollektivdə, istərsə də onu tanıyan hər kəsin qəlbində xüsusi yeri olan dəyərli ziyalılarımızdandır. İctimai fəaliyyəti, çalışdığı rayonda böyük hörmət və nüfuz sahibi kimi tanınmasının əsas göstəricilərindən biri də onun yorulmaq, usanmaq bilmədən öhdəliyinə götürdüyü bütün vəifələrin icrasını dəqiq, düzgün yerinə yetirməsi, xalqa, dövlətə sadiq xidmət göstərməsidir desək, yanılmarıq.
Böyük ürək sahibi, daim dövlətinə sadiq, xalqına, elinə qəlbən bağlı olan ziyalımız Səfər İsmayılovun ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında dediklərindən:
Vaxt keçəcək, zaman dolanacaq, aylar-illər bir-birini əvəz edəcək. Əsrlər yerini dəyişəcək, dünyaya təzə nəsillər gələcək, analar həyata oğullar gətirəcək - qəhrəman oğullar, sərkərdə oğullar, başçı oğullar, insan oğullar, hər birinin öz yeri, öz mərtəbəsi, öz ucalığı.
Ancaq bir ucalığın mənzərəsi getdikcə böyüyəcək. Daha da aydın görünəcək. Bu ucalıq Heydər Əliyev ucalığıdır! Elə bir ucalıq ki, ordan baxanda Azərbaycan xalqının ömür yolu, mübarizə yolu, bütöv Azərbaycanımız, bölünən, parçalanan torpaqlarımız, bütövlüyə can atmalarımız, ömrü gödək müstəqilliyimiz, indiki müstəqilliyimizin uğurları, daxili və xarici siyasətimiz, onun xüsusiyyətləri aydın görünür.
Elə bir ucalıq ki, ordan baxanda dərk edirsən döyüş və mübarizə nədir, dövlət və dövlətçilik nədir, bütövlük nədir, əbədi yaşamaq eşqi nədir, "Yox millətimin xətti bu imzalar içində” nə demək idi, "Var millətimin xətti bu imzalar içində” nə deməkdir, yoxluqla varlığın arasındakı fərq nə deməkdir, özünü dərk etmək, böyüklüyünü, azadlığını, gücünü hiss etmək, azadlıq eşqi nə deməkdir! Bütün bunları bilmək üçün insana ucalıq mərtəbəsi lazımdır. O ucalıq ki, orda Heydər Əliyev zirvəsi var. Ordan baxmağı bacaran hər şeyi aydın və təmiz görür, uca görür və ucalıqda görür.
Elə bir ucalıq ki, ordan baxanda görürsən, Heydər Əliyev şəxsiyyəti, gücü, eşqi, varlığı, böyüklüyü Azərbaycan xalqı üçün nə deməkdir. Onun varlığı Azərbaycan dilinə, onun daha işlək olmasına, dövlət dili səviyyəsinə yüksəlməsinə, regional və beynəlxalq aləmdə nüfuzunun artmasına yeni bir təkan verdi.




[email protected]