SON XƏBƏRLƏR
Terror hücumu nəticəsində Misir ordusunun zabiti və 10 əsgəri həlak olub

Şənbə günü Sinay yarımadasında terrorçuların hücumu dəf edərkən Misir ordusunun zabiti və 10 əsgəri həlak olub.

xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə bu barədə məlumat Misir Silahlı Qüvvələrinin tviter səhifəsində yerləşdirilib.

"Bir qrup terrorçu Süveyş kanalının şərqindəki su-nasos stansiyasına hücum edib. Hücum dəf olunub. Hücumun qarşısı alınarkən zabit və 10 əsgər həlak olub”, - Misir Silahlı Qüvvələrinin nümayəndəsi tərəfindən yayılan məlumatda belə deyilir.

Onun sözlərinə görə, hücumda iştirak edən silahlılardan beşi yaralanıb, terrorçular Sinay rayonlarının birində mühasirəyə alınıb.

 





[email protected]