Azərbaycanlı aktrisa Könül Nağıyeva Ancelina Coli ilə Kristiano Ronaldonun rol alacağı serialda çəkiləcək.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, suriyalı bir ailənin həyatından bəhs edən və 3 mövsüm TRT1-də yayımlanacaq ekran işi "Həyat körpüsü adlanır. Azərbaycanlı aktrisa serialda Əzizə obrazını canlandıracaq.
Məşhur aktrisa Ancelina Coli ilə futbolçu Kristiano Ronaldo da ekran işinin bəzi bölümlərində çəkiləcək. Serialın trilleri artıq Qaziantepdə çəkilib.
Suriyada yaşanan döyüşdən qaçaraq Türkiyəyə sığınan ailənin dram dolu həyatından bəhs edən ekran işində Hülya Koçyiğit, Perihan Savaş, Aydan Kaya, Ecem Karavus, Mustafa Yabaş da rol alacaq.
Qeyd edək ki, Könül Nağıyeva daha öncə Türkiyə istehsalı olan "Kızkaçıran”, "Tərkedilmişlər” filmində rol alıb.