Könül Səmədova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
"Müasir Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, "İlin müəllimi” media mükafatı laureatı
Zaqatala rayonunun Qımır kəndində anadan olmuşdur. Orta məktəbi Bakıda- Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki- humanitar litseyində əla qiymətlərlə başa vurmuş. Elə həmin ili də ADPU- nun filologiya fakültəsinə daxil olmuş, 1996 - cı ildə isə universiteti fərqlənmə diplomu ilə bitirib, aspiranturaya daxil olmuşdur.2004 - cü ildə "Qərbi Azərbaycan- indiki Ermənistan etnotoponimlərinin arealları” adlı dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini qazanmışdır.
70 dən cox elmi məqalənin;
1.Qərbi Azərbaycan - indiki Ermənistan etnotoponimlərinin arealları. Bakı, "Nurlan” 2008, 154 səh. (dərs vəsati).
2.Şimal - Qərb qrupu dialekt sözlərinin lüğət və arealları . Elm və təhsil. Bakı. 2013.92.s. (dərs vəsaiti).
3.Şimal-Qərb qrupu dialektlərinin fonetikası.( Monoqrafiya) Bakı.ADPU.nəşriyyatı 2018.175 s.
4.Ortak Türkcədə Kıpçak kökenli kelmeler, Azərbaycan dilinde arealları. (monoqrafiya). Avropa. GlobeEdit. Maurtius. ISBN; 978-618-9-41696-7.2019. 330.s.
5.Ortak türk leksikasında qıpçaq mənşəli sözlər və Azərbaycan dilində arealları. (monoqrafiya).Türkiyə. İksad. Publikations- 2019. ISBN; 978-605-7693-39-0. 330s.
Əsərləri dünyanın nüfuzlu jurnallarında (Tomson Röyters, Rusiya, Türkiyə, Moldava, Qazaxıstan, Ukraina və ABD -ə çap olunmuşdur)
2015- ci ildə dosen elmi adını almışdır.
2018- ci ildə "Azərbaycan dilinin Şimal qrupu dialekt və şivələrində qıpçaq elementləri” adlı elmlər doktorluğu işini müdafiə etmiş və sənədləri AAK- a təqdim etmişdir.
Hal-hazırda ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosentidir.
***
Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir: "Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Burada cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. "Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır.Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən "Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb”.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fıdakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər. "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Koronavirusla mübarizənin bazasının gücləndirilimsi üçün önləyici tədbirlər görülür. Modul tipli xəstəxanalarda xüsusi olaraq pandemiyaya yoluxan vətəndaşlara göstəriləcək xidmətdən danışan dövlətimizin başçısı qeyd edib ki; "Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.”
Ölkləmizdə virusla mübarizə məqsədi ilə xalqın prezidentin çağırışına səs verməsi onu göstərir ki, Azərbaycanda dövlət quruculuğu yüksək səviyyədədir. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin göstərdiyi dəstək bunun bariz nümunəsidir. "Pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm.”
Önləyici tədbirlər sırasında karantin qaydalarının tətbiq edilməsi və ölkə vətəndaşlarının buna ciddi yanaşması, 65 yaşdan yuxarı vətəndaşların evdən çölə çıxmamaları, işləyənlərdən fərqli olaraq digər sakinlərin yalnız vacib olduğu halda icazə ilə evdən çölə çıxmaları cəmiyyətin dövlətimizin başçısına göstərdiyi etimad və hörmətin təcəssümüdür. "Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir.”