Müstəqil Vətəndə firavan həyat

 Müstəqil Vətəndə firavan həyat

 
Niyaməddin Məmmədov
Lənkəran şəhər, Zövla kənd Bələdiyyəsinin sədri, "İlin fəal bələdiyyə sədri” media mükafatı laureatı
 
Müstəqil Vətəndə firavan həyat
 
 
 

 

Müstəqil Vətəndə firavan həyat

 
 

Müstəqil Vətəndə firavan həyat
 
 
 


Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və pandemiya dövründə görülən işlər də bunu təsdiqlədi. Dünən birinci xanım Mehriban Əliyeva ilə birlikdə 3 saylı DOST mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev bir daha əsas məqsədin xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olduğunu bəyan etdi.

Koronavirus pandemiyasının iqtisadiyyata müəyyən ziyan vurmasına baxmayaraq, Prezident İlham Əliyev bu il heç bir sosial proqramın, sosial infrastruktur layihəsinin ixtisar edilməyəcəyini bəyan etmişdi: "Uğurlu sosial siyasət Azərbaycanın qüdrətli iqtisadiyyatına söykənir. İqtisadi, maliyyə imkanları sosial layihələrinin icrasını təmin edir. Ötən dövr həm də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılmış sosial-iqtisadi modelin zamanın sınağından çıxdığını göstərdi. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Yoluxma səviyyəsi və ölüm sayının azlığına görə Azərbaycan düynada ilk onluqdadır. Bu da zamanında atılan qabaqlayıcı addımların effektli olduğunu, özünü doğrultduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Digər tərəfdən, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həm həssas təbəqələrə sosial dəstək verildi, birdəfəlik ödənişlər ayrıldı, ictimai iş yerlərinin sayı artırıldı, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardım edildi, işçilərin maaşlarının əhəmiyyətli qismi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Bununla da özəl sektorun bu dövrdən az itkilərlə çıxmasına nail olundu. Buna həm də krizis menecmenti kimi yanaşmaq lazımdır. Söhbət iqtisadiyyatın krizis dönəmində idarə edilməsindən gedir. Biz bu imtahandan üzüağ çıxdıq və postpandemiya dövrünə az itkilərlə yaxınlaşdıq”.
DOST mərkəzlərinin fəaliyyətə başlamasının da sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. DOST mərkəzlərində 130-dan çox xidmətin göstərilir. Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalı 96 faizə çatıb. Bu da DOST mərkəzlərinin insanların sosial məsələlərinin həllində effektli rol oynadığını göstərir. Sosial siyasət həm də Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsində özünü biruzə verir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq. Maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.
Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar və dövlət başçısı da hər zaman bunu qeyd edib. Bir məqamı da qeyd etmək istəyirəm. Bizdə islahatlardan danışanda nədənsə 2018-ci ildən başlayırlar. Azərbaycanda islahatlar həmişə gedib. Sadəcə, son prezident seçkilərindən sonra islahatların tempi daha yüksək olub. Bu baxımdan yeni, gənc kadrların təyin edilməsi mühüm istiqamətlərdən biri olub. Azərbaycanda gənc nazirlər, İcra Hakimiyyəti başçıları var, gənclərə geniş şərait yaradılır. Yetər ki, gənclər peşəkar, savadlı, nümunəvi kadrlar olsun. Dövlət başçısı son çıxışında onu da qeyd etdi ki, gənclər yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, postpandemiya iqtisadiyyatı daha çox informasiya-kommunikasiya texnologiyaları üzərində qurulacaq və gənclər də yeni texnologiyaları daha yaxşı mənimsəyirlər. Nəzərə çatdırım ki. Azərbaycanda elektron hökumət, quruculu həyata keçirilir, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində əməliyyatların 90 faizə qədəri elektron formada həyata keçirilir. Yəni ölkəmiz bu sahədə də böyük inkişaf yolu seçib.
Koronavirus pandemiyası dövründə atılan addımlar Azərbaycanın dünyada nüfuzunu daha da artırdı. Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib. Azərbaycan imkanları daxilində dünyaya hər zaman kömək etməyə hazır olduğunu ortaya qoydu. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ilk dəfə videokonfrans formatında  Türk Şurası və Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşləri ən yüksək səviyyədə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktorunun hər iki Zirvə görüşünə qatılması,  Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşündə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsinin iştirakı, Prezident İlham Əliyevə təşəkkürlərini bildirməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı Təmas Qrupunun və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Onu da qeyd edim ki, koronavirusla bağlı sərhədlərin, ölkələrin qapandığı, problemləri təkbaşına həll etməyə çalışdığı bir dövrdə Prezident İlham Əliyev ilk lider oldu ki, Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşündə dövlətləri birləşərək problemləri birgə həll etməyə çağırdı. Dövlət başçısı Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğunu bəyan etdi, ölkəmizin nəqliyyat-logistik infrastrukturunu istifadə üçün təqdim etməyə hazır olduğunu açıqladı.  Bununla da multilateralizm prinsipi ortaya qoyuldu. Multilateralizm dünyanın qloballaşması fonunda son 15 ildə səslənir. Bu prinsip iqtisadi birlikdə olan ölkələrin hər birinin bu birlikdən, beynəlxalq iqtisadi münasibətlərdən faydalanmasını nəzərdə tutur. Prezident İlham Əliyevin atdığı addımlar, çağırışlar məhz multilateralizm prinsipinə əsaslanır və bu, multilateralizm aspektində əməli fəaliyyət baxımından bir ilkdir. Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə Azərbaycanın dünyada nüfuzunu, imicini daha da yüksəltdi.
Dövlət başçımızın ötən ilin son günlərində imzaladığı həmin rəsmi sənədin preambulasında qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Çünki könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 2020-ci ilin əvvəlindən bəri yaşadığımız epidemiya və pandemiya dövründə şahidi olduğumuz faktlar sübut etdi ki, Azərbaycan könüllüləri, sözün həqiqi mənasında, mükəmməl bir vətənpərvərlik məktəbinin müasir məzunlarıdır.
Məhz Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan könüllüləri öz innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə "Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Çox təəssüf ki, könüllülərimiz son dörd-beş ayda xalqa və dövlətə tamamilə başqa bir ampluada xidmət etməli oldular. Çünki bu il bütün dünyanı öz mənhus təsiri altında saxlamağı bacaran koronavirus pandemiyası nəinki gənclərin və könüllülərin, hətta bütövlükdə dövlətlərin normal fəaliyyətini öz məcrasından çıxarmışdır. Azərbaycan xalqı məmnundur ki, dövlətimizin bu qorxunc bəlaya qarşı apardığı qətiyyətli və ardıcıl mübarizədə gənclərimiz, xüsusən, könüllülər gecə-gündüz dövlətin və məsul şəxslərin yanında oldular.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək istiqamətində uğurla fəaliyyət göstərib. Bundan başqa, Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin "www.bizbirlikdegucluyuk.az" portalının yaradılması da təqdirəlayiqdir. Bildirilir ki, qısa müddət ərzində çoxlu sayda xeyriyyəçi portala müraciət edərək, bu xeyirxah təşəbbüsə qoşulub. Məhz bu portala və "Regional İnkişaf” İctimai Birliyinin "Çağrı mərkəz”inə edilən müraciətlər əsasında on minlərlə ailəyə sovqat çatdırılıb.
Karantin rejimi müddətində könüllülərin gördüyü işlər, həyata keçirdiyi tədbirlər Azərbaycanda könüllülər hərəkatına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilməsinin nə qədər düşünülmüş addım olduğunu bir daha təsdiq edir. Xüsusilə vurğulamaq lazımdır ki, pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında da könüllülər uğurlu fəaliyyət göstəriblər.
Könüllülər daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Mətbuat yazır ki, belə gənclərin sırasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Könüllü DOST” proqramının könüllüləri də var. 30-dan çox DOST könüllüsü tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşur və müvafiq istiqamətdə də yardımlar göstərirlər.
Bundan başqa, Yeni Azərbaycan Partiyasının könüllüləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri də tənha, yaşlı, həssas qrupdan olan insanlara evlərində sosial xidmətlər, qayğı və yardım göstərirlər.
Pandemiya dövründə qeyd edilən həssas əhali qruplarına sosial xidmətlərlə yanaşı, sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları da çatdırılır. Müxtəlif dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə sosial aksiyalar geniş vüsət alıb. Ərzaq yardımlarının evlərə çatdırılması işlərində də könüllülər yaxından iştirak edirlər. Onlar sosial xidmətçilərlə birgə bu ərzaq paylarını tənha yaşlılara və əlilliyi olan tənha şəxslərin evlərinə apararaq təqdim edirlər. 




[email protected]