Xarici İşlər naziri Ceyhun Bayramov öz tvitter mikrobloqunda Qubadlının işğalının 27-ci ili ilə bağlı paylaşım edib.
"Qafqazinfo” xəbər verir ki, nazir qeyd edib:
"Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.
Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad olunacaq və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”.