Məleykə Abbaszadə: “Bəzən valideynlər prestijli ixtisası seçdiklərinə görə övladlarını sındırmış olurlar”

"Bəzən valideynlər övladları yüksək bal toplayanda prestijli, dəbdə olan ixtisası seçmək lazım olduğunu düşünür. Bu zaman da övladlarını sındırmış olurlar”.

İctimaifikir.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ixtisas seçimini edəndə, taleyüklü qərar verəndə hər şeyi götür-qoy etmək lazımdır: "Hər bir abituriyentin öz nəticəsi və istəkləri var. Eyni zamanda, hər bir ailənin öz imkanı var. Ona görə də kiməsə məsləhət vermək çox çətindir. Təəssüf ki, uzun illərdir kiminsə bu məsuliyyəti öz üzərinə götürdüyünü və müəyyən vədlər verdiyini müşahidə edirik. Abituriyent özü müəyyənləşdirməlidir ki, hansı ixtisasda təhsilini davam etdirmək istəyir və yaxud da hansısa ali təhsil müəssisəsinə daxil olmaq istəyir. Valideynlər çox vaxt övladlarının istəklərinə fikir vermirlər”. 




[email protected]