Deputat: "Azərbaycanda sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb"

Azərbaycanda son illər ərzində sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb.

İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat: "Azərbaycanda sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb"

Onun sözlərinə görə, son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib.

O qeyd edib ki, əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb: "Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması - bunlar hamısı sosial kateqoriyaya aid olan məsələlərdir".

Deputat son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanların aradan qaldırıldığını söyləyib.

Onun sözlərinə görə, əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud olan bir çox neqativ hallar ortadan qaldırılıb.

F.Mustafayev deyib ki, sosial sahə bütün ölkələrdə, o cümlədən ABŞ-da həmişə nöqsanların olduğu sahə olub: "İstər-istəməz əhalinin işsizi də, yoxsulu da, müəyyən problemləri həll edilməyənləri də olur. Amma bu insanların çox sıxıntı içində qalmaması üçün bu istiqamətdə vaxtaşırı çevik qərarların qəbul olunması vacibdir. Devalvasiya zamanı kreditlərlə, bank kartları ilə bağlı insanların müəyyən çətinlikləri yarandı. Amma bu sahədə də müəyyən islahatların aparılması ümid yaratdı ki, devalvasiya və başqa proseslərdən zərər çəkmiş insanların problemlərinin həlli istiqamətində müəyyən müsbət addımlar atılacaq".




[email protected]