Azərbaycan tanklarının Xankəndinə yolu açılır

Odla oynayan satellitindən Rusiyaya arxadan zərbə; Ard-arda NATO təlimlərinə qatılan Ermənistan indi də alyansın Gürcüstandakı təlimlərinə və Avropa Birliyi ilə saziş imzalamağa hazırlaşır; işğalçı ölkə Rusiyanı Qərbə dəyişə biləcəyi ilə şantaj edir; Moskvanın cavabı Bakıya fürsət yarada bilər...

İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək. Bu barədə APA www.newsgeorgia.ge-ə istinadən xəbər verib. Məlumata görə, "Layiqli tərəfdaş 2017" kod aşlı təlimlər avqustun 12-dək davam edəcək. Paytaxt Tiflisin yaxınlığındakı Vaziani aerodromunda start götürəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçinin iştirak edəcəyi gözlənilir.

Təlimlərdə Almaniya istehsalı olan "GTK Boxer” zirehli transportyor, ABŞ istehsalı olan "Abrams” tankları, "Bradley” i "Stryker” piyada maşınları və "C-130" hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər ”Norio" hərbi bazasında da keçiriləcək. Gürcüstanda üçüncü dəfə reallaşacaq "Layiqli tərəfdaş 2017" hərbi təlimlərində əsas məqsəd - sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları və təcrübəni təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə alyans ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək olduğu bildirilir.


Maraqlıdır ki, təlimlərin açılışında məxsusən ABŞ-ın vitse-prezidenti Mayk Pensin iştirakı gözlənilir. Pens Gürcüstan prezidenti Georgiy Marqvelaşvili və baş nazir Georgiy Kvirikaşvili ilə görüşlər keçirəcək. Gürcüstana o, Avropa turnesi çərçivəsində səfərə gələcək.

Image result for Georgiy Marqvelaşvili Pens


*** 
Qarşıdakı təlimlər sözsüz ki, ən çox Rusiyanı rahatsız edəcək. Yəqin ki, əsas da iki səbəbə görə: 1. Hərbi manevrlərin həmsərhəd ölkədə - NATO-ya üzvlüyə can atan Gürcüstanda keçirilməsi (Rusiya Güney Qafqazı hələ də özünün "arxa bağçası” hesab edir). 2. Təlimlərə ABŞ-ın vitse-prezident səviyyəsində ən yüksək siyasi dəstək verilməsi.


Hərçənd Rusiya üçün xoşagəlməz daha bir səbəb var: bu da satellit Ermənistanın Moskvanın "başı üzərindən” bu təlimlərə qatılması, həm də uzun müddətdir Rusiya ilə gərgin münasibətlərdə olan bir ölkədə - Gürcüstanda qatılmasıdır. Çətin ki, İrəvanın belə bir gedişi Kremlin ürəyincə ola. Əslində bunu Kremlə qarşı işğalçı ölkənin növbəti de-marşı adlandırmaq lazım gəlir.

Image result for kreml


Beləcə, İrəvan Rusiyanı faktiki şəkildə, NATO ilə - axır vaxtlar Moskvaya münasibətdə sərt mövqe sərgiləyən bir hərbi-siyasi alyansla şantaj edir. Ən maraqlısı odur ki, indinin özündə işğalçı ölkə Rumıniyadakı NATO təlimlərinin iştirakçısıdır. Bu həftə başlayan təlimlərə ABŞ komandanlıq edir və iyulun 20-dək davam edəcək. NATO-ya üzv və tərəfdaş ölkələrdən 25 min hərbçinin qatıldığı təlimləri alyans hərbçiləri və Rumıniya prezidenti izləyir. Məlumatlara görə, bu təlimlərdə əsas məqsəd - Krımın Rusiya tərəfindən ilhaqından sonra Şərqi Avropa ölkələrinin Rusiya təhlükəsi qarşısında güvənini artırmaqdır. 
Yəni belə çıxır ki, Ermənistan indi həm də Rusiyaya qarşı olan, onun cilovlanmasına hesablanmış bir təlimdə iştirak edir. Rumıniyadakı təlimlərdən cəmi 10 gün sonra isə Ermənistan növbəti NATO manevrlərinə qatılacaq - bu dəfə Rusiya ilə digər həmsərhəd ölkədə, Gürcüstanda.

***


İrəvanın açıq-aşkar Moskva əleyhinə olan bu qəbildən de-marşları Dağlıq Qarabağ ətrafında vəziyyətin kritik həddə çatdığı dönəmə təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. Belə görünür ki, işğalçı ölkə öz əsas müttəfiqi Rusiya sarıdan arxayın deyil. Moskvanın ələlxüsus Azərbaycanla silah ticarətini davam etdirməsi son vaxtlar Ermənistanda güclü qıcıq yaradıb. Və indi məlum olur ki, İrəvan da hansısa yolla Moskvanın "ayağını tapdamaq” və ona mesaj vermək istəyir ki, istənilən an o, Rusiyanı NATO-ya, Qərbə dəyişə bilər. Bu, Ermənistan üçün olduqca riskli oyundur. Düşmən ölkə odla oynayır yazsaq, yanılmarıq.


Yeri gəlmişkən, bu payızda (noyabr) Ermənistan üstəlik, Avropa Birliyi ilə assosiativ saziş imzalamağa hazırlaşır. Xəbər verildiyi kimi, sənəd artıq paraflanıb və yalnız imzalamaq qalır. Lakin ona Moskvanın "dobro” verib-vermədiyi dəqiq bəlli deyil - hərgah, erməni rəsmiləri özlərini əmin-arxayın göstərməyə çalışırlar.

Image result for NATO


Lakin 2013-cü ildə - analoji müqavilə imzalanma ərəfəsində də İrəvanda belə bir arxayınlıq hökm sürürdü. O vaxt prezident Vladimir Putin qəfildən S.Sərkisyanı Moskvaya çağıraraq, ona ağrılı "qulaqburması” verdi və Sərkisyan da həmin sənəddən imtina edərək, ölkəsinin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına daxil olduğunu, AB ilə razılaşmanın isə baş tutmadığını bəyan elədi.

Image result for Putin Sarksyan


Siyasi müşahidəçilərə görə, budəfəki sənəd də mahiyyət etibarilə əvvəlkindən ciddi fərqlənmir. Yəni Moskva yenə analoji şəkildə davrana bilər. Hərçənd Kremli NATO ilə, Avropa Birliyi ilə şantaj edən İrəvanı cəzalandırmaq üçün Moskvanın əlində rıçaqlar bəsdən çoxdur. Ayrı sözlə, Ermənistan qərbyönlü kursda israr edərsə, Rusiya, məsələn, Qarabağ kartını işə sala, Azərbaycan ordusunun irəliləməsinə bu dəfə mane olmaya da bilər.


Söz düşmüşkən, deyilənlərə görə, 2013-cü ildə Putin Sərkisyanı məhz Qarabağla hədələmiş, hətta ona Azərbaycan tanklarının Qarabağa yürüşünə əks etdirən sxemi göstəribmiş. Bu və digər səbəblərdən indi hətta erməni təhlilçiləri də İrəvanın Moskva əleyhinə son demarşlarının nəticəsiz qalmayacağını düşünür.

Image result for Qarabağda tanklar


"Serj Sərkisyan hakimiyyəti açıq-aşkar Moskvaya münasibətdə de-marş edir. Yaxın zamanlarda Rusiya-Ermənistan əlaqələrində maraqlı gəlişmələr gözlənilir - hansı əlaqələr ki, bu gün böhran yaşayır”, - deyə 1 in.am nəşrinin şərhçisi Sərkis Arsurini xəbərdarlıq edib.


***


Düşmən ölkə öz müttəfiqi ilə münasibətlərindəki son gəlişmələr isə Bakı üçün yeni bir şans, Qarabağ fürsəti də yarada, hətta Azərbaycan tanklarının Xankəndinə yolu açıla bilər. Maraqlıdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Gürcüstandakı NATO təlimlərində yer almayıb...




[email protected]