"Türkiyə dünya miqyasında böyük bir gücdür".
Ictimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan! Hörmətli xanımlar və cənablar! Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah və tərəqqi arzulayıram.
Prezident Ərdoğana minnətdaram ki, məni bu toplantıya dəvət etdi. Mənə göstərilən qonaqpərvərliyə görə də minnətdaram".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür: "Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir".