Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır.

İctimaifikir.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nazirlər səviyyəsində görüşə hazırdır

H.Hacıyev qeyd edib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub: "Bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər. Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi".

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır.




[email protected]