Ermənilərin Ağdamın işğal altında olan ərazilərində törətdiyi yanğın yaşayış məntəqələrinə çatıb

Ermənistan silahlı qüvvələrinin dünən Ağdamın işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğın təmas xəttini keçərək rayonun Çıraqlı kəndinin ərazisinə çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, alovun kəndə yayılmasının qarşısı alınsa da, kəndin ətrafında və təmas xəttində olan otlaq sahələri və ağaclar yanıb.

Kənd sakinlərinin bildirdiyinə görə, tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və ilanların yaşayış məntəqələrinə üz tutması müşahidə olunub.

Yanğın gecə boyu davam edib.




[email protected]