Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.
Z.Qaralov vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik beynəlxalq hüquqa uyğunlaşdırılıb və tam təkmilləşdirilib, işlək istitusional mexanizm yaradılıb və onun səmərəliliyi təmin edilib:
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində üç milli fəaliyyət planının icrası başa çatdırılıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı isə hazırda uğurla icra edilməkdədir".