"Qoymarıq ki, demokratiyaya xələl gəlsin" - Tereza Mey - FOTO

Son vaxtlar ölkəmizdə terror aktları müxtəlif vaxtlarda və yerlərdə törədilsə də, onlar ümumi ideologiyadan qaynaqlanan adamlar tərəfindən həyata keçirilib.

 "Qoymarıq ki, demokratiyaya xələl gəlsin" - Tereza Mey - FOTO

İctimaifikir.az The Guardian-a istinadən bildirir ki, Britaniyanın baş naziri Tereza Mey belə deyib. Onun sözlərinə görə, Britaniyadakı teraktları törədənləri radikal islamçı ekstremizm ideologiyası birləşdirir.

T.Mey baş verənlərə rəğmən, ölkədə parlament seçkilərinin planlaşdırılmış vaxtda, iyunun 8-də keçiriləcəyini deyib.

Seçkiqabağı təbliğat və təşviqat kampaniyası bu gün bərpa olunub.

"Heç vaxt zorakılığa və ekstremizmə imkan verilməməlidir ki, demokratik prosesə xələl gətirsin. Ona görə də hər şey öz axarı ilə davam edəcək", - Tereza Mey deyib.




[email protected]