ƏZİZ OXUCULAR, ADPU-nun İNKİŞAFI NAMİNƏ NÖVBƏTİ UĞURU SİZƏ TƏQDİM EDİRİK!

Xüsusi sürpriz olaraq, Azərbayvan Dövlət Pedaqoji Universitetinin fəxri professoru Mahirə Nağıqızı Özbəkistan Elmlər Akademiyası, Mamun Akademiyasının fəxri professoru İkram Abdullayev İsgəndəroviç tərəfindən Xarəzm Təkmilləşdirmə və Pedoqogika İnstitutu və Məharət mərkəzinin fəxri professoru adına layiq görülmüşdür. Diplom mərkəzin direktoru, həmçinin Xarəzm vilayətinin  deputatı  Cesurbey Salayev tərəfindən təqdim edilmişdir.
Eyni zamanda konfransda  Azərbaycan Dövlət Pedaqoji Universitetini yüksək səviyyədə təmsil etdiklərinə və məruzələrlə çıxış etdiklərinə görə ADPU - Filologiya fakültəsinin dekanı f.ü.f.d, dosent Könül HasanovaAdpu Müasir Azərbaycan Dili kafedrasının müdiri  f. e. d, dosent Könül Semedovaya və Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun şöbə müdiri Günay Məhərrəmova da sertifikatlarla təltif olundular.Uğurlarımız Universitetimizin uğurudur! Mahirə xanımı xüsusilə Məmun universitetinin fəxri professoru seçilməyi münasibətilə hamılıqla təbrik edirik!



[email protected]