Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində "Azeri Light" nefti göndərib.
İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib:
"500 min barel həcmində "Azeri Light" nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür".
Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində "Azeri Light" nefti tədarük etmişdi.