Azərbaycan hərbi təzyiqi artırsa, Ermənistanı güzəştə məcbur edə bilər

 Azərbaycan hərbi təzyiqi artırsa, Ermənistanı güzəştə məcbur edə bilər

Keçmiş xarici işlər naziri Tofiq Qasımov mənə nəql edirdi ki, 1992-ci ildə Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlara başladıqda İrəvandan mesajlar alırdı. Mesajın mənası bu idi ki, Azərbaycan ordusu hücumu dayandırsın, Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razıdır.

İctimaifikir.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.

Politoloqun fikrincə, Azərbaycan ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər: "Əlbəttə, bu, qısa zamanda baş verməyəcək. Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq".



E.Şahinoğlu hesab edir ki, Ermənistanı hərbi xərclərini artırmağa məcbur etmək lazımdır: "Dağlıq Qarabağda hərbi toqquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensialların müharibəsinə çevrilir. Potensialı çox olanın müsbət nəticəyə ümidi ola bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək".




[email protected]