"Ermənilər müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar"

Ermənilər yalnız cəbhədə deyilvəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar, bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur.

 "Ermənilər müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar"

İctimaifikir.az  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovjurnalistlərə deyib.

Bu yaxınlarda Tbilisidə NATO Parlament Assambleyasının iclasında iştirak etdiklərini xatırladan Z.Əsgərov orada da ermənilər tərəfindən Azərbaycana qarşı böhtan xarakterli çıxışların edildiyini söyləyib: "Lakin bizim nümayəndə heyəti onların cavabını çox gözəl verdi. Sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir, Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Bu işğal nəticəsində ökəmizdə 1 milyondan çox qaçqın və köçkün olub ki, onların da 300 min nəfəri uşaqlardır".

Z.Əsgərov qeyd edib ki, Azərbaycan deputatları hər zaman beynəlxalq tədbirlərdə ölkəmizin həqiqətləri barədə məsələ qaldırır və ermənilərin iç üzünü açıb göstəririlər: "Çünki bunlar elə bir tayfadırlar ki, heç nədən nəsə uydururlar, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlamıza məlumatlar çatdırdıq və hazırkı vəziyyətin necə olduğunu bildirdik".




[email protected]